"Hizbullah": İsrail Livanda heç bir şəhəri ələ keçirməyib

"Hizbullah": İsrail Livanda heç bir şəhəri ələ keçirməyib backend

İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı kəndlərin heç birinə nəzarəti ələ keçirməyib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Livan parlamentinin “Hizbullah”dan olan üzvü Həsən Fədlallah deyib.

“Bugünkü günün hesabatına görə, düşmən heç bir kəndə nəzarəti ələ keçirməyib”, - deyə Fadlalla bildirib.

Onun sözlərinə görə, İsrail ordusu “şəkil çək və qaç” taktikasından istifadə edir.

Deputat əlavə edib ki, Livan parlamentinin sədri Nəbih Berri və ölkənin baş naziri vəzifəsini icra edən Nəcib Mikati atəşkəs məsələsi üzərində işləyirlər.

QAZİLER.AZ

Diaspora