Avropa İttifaqı ölkələri anti-Rusiya sanksiyaları nəticəsində sənayesizləşmə fenomeni ilə üzləşirlər.
Qaziler.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Avropa Parlamentində Macarıstanın Aİ-yə sədrlik proqramını təqdim edərkən qeyd edib. Onun verdiyi məlumata görə, enerji tutumlu sənayelərdə istehsal 10-15% azalıb.
“Rusiya enerjisindən imtina etməklə Avropa İttifaqı ÜDM artımını ləngitdi və əhəmiyyətli maliyyə resursları enerji subsidiyalarına və LNG (mayeləşdirilmiş təbii qaz) idxalı üçün zəruri olan infrastrukturun tikintisinə yenidən bölüşdürülməli oldu”, - Orban deyib.
Orban enerji xərclərinin kəskin artımını Avropa şirkətləri üçün əsas problem adlandırıb. Onun sözlərinə görə, Rusiya resurslarından imtinaya görə Avropa İttifaqı üçün iqtisadi əhəmiyyətli olan enerji tutumlu sənayelər istehsal həcminin 10%-dən 15%-ə qədərini itirib.
QAZİLER.AZ