Böyük Britaniya Rusiyanın 22 tankerinə qarşı sanksiya tətbiq edib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatında deyilir.
“Rusiyanın 18 neft tankerinə və dörd mayeləşdirilmiş təbii qaz tankerinə qarşı yeni sanksiyalar tətbiq edilib”, - deyə məlumatda qeyd olunub.
Mətndən belə çıxır ki, sözügedən sanksiya paketi Londonun Rusiya tankerlərinə münasibətdə qəbul etdiyi ən böyük sanksiyalar paketidir.
QAZİLER.AZ