“X” sosial şəbəkəsinin sahibi, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask digər texnologiya şirkətlərinin rəhbərlərindən fərqli olaraq xeyirlə şəri ayıra bilmir.
Qaziler.az xəbər verir ki, bu fikri Avropa Komissiyasının (AK) vitse-prezidenti Vera Yurova “Politico” nəşrinə müsahibəsində deyib.
“Biz pisliyi şərti bir şey hesab etməyə başlamışıq və o, buna fəal kömək edir. O, şərin himayədarıdır”, - Yurova bildirib.
AK vitse-prezidentinin sözlərinə görə, dünyanın ən varlı adamı “Twitter”i antisemitizm mərkəzinə çevirib. Yurova texnologiya şirkətlərinin hazırda dəhşətli gücə sahib olduğunu vurğulayıb.
QAZİLER.AZ