Malayziya BRICS ölkələrinə təşkilata qoşulmaq niyyətini təsdiqləyib.
Qaziler.az xəbər verir ki, bu barədə “Bernama” agentliyi krallığın investisiya, ticarət və sənaye nazirinin müavini Lyu Çin Tonqa istinadən məlumat yayıb.
“Xarici işlər naziri Datuk Seri Mohamad Hassan 9 BRİCS ölkəsinin xarici işlər nazirlərinə Malayziyanın qoşulmaq niyyətini təsdiqləyən rəsmi məktub göndərib”, - agentlik qeyd edib.
"Oktyabrın sonunda BRICS sammitində Malayziya nazirinin iştirakı BRİCS liderləri tərəfindən dəstək qazanmaq üçün dəyərli fürsətdir", - Lyu deyib.
Onun fikrincə, bu, BRİCS-in neytrallıq və çoxtərəflilik siyasətini daha da gücləndirəcək.
Qeyd edək ki, BRİCS-in XVI sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək.
QAZİLER.AZ