NATO-nun baş katibi bir ay ərzində Zelenski ilə 3-cü dəfə görüşəcək

NATO-nun baş katibi bir ay ərzində Zelenski ilə 3-cü dəfə görüşəcək backend

NATO-nun baş katibi Mark Rutte Ukrayna lideri Volodimir Zelenski ilə oktyabrın əvvəlindən bəri alyansın Brüsseldəki qərargahında üçüncü dəfə görüşəcəyini bildirib.

Qaziler.az bildirir ki, onun sözlərini “Reuters” agentliyi yayıb.

“Bu gün mən Volodimir Zelenski ilə burada, qərargahda görüşəcəyəm. Bu, Kiyevə səfərimdən və Londondakı görüşdən sonra üçüncü görüşdür”, - alyans rəhbəri vurğulayıb.

O, Ukrayna lideri kimi Rusiya ilə şərq cəbhəsindəki və Kurskdakı vəziyyəti necə gördüyünü Zelenskinin özündən eşitmək istədiyini bildirib.

Rutte əlavə edib ki, Zelenskini NATO-dakı “son qərarlar” barədə dəməlumatlandıracaq.

Bir gün əvvəl Zelenski ilk dəfə olaraq “qələbə planını” ictimaiyyətə təqdim etdi. Onun planı beş bənddən ibarətdir ki, onlardan biri də münaqişə bitməmiş ölkəni NATO-ya dəvət etməyi nəzərdə tutur.

NATO-nun baş katibi isə bildirib ki, hələlik sənədin bütün bəndlərini tam dəstəkləməkdən danışa bilməz. O, bir çox məsələlər üzərində dərindən düşünməyin vacibliyini qeyd edib və bağlı qapılar arxasında dialoq elan edib.

QAZİLER.AZ

Diaspora