Misirdə qəza yerində 111 nəfərin pasportu tapıldı

Misirdə qəza yerində 111 nəfərin pasportu tapıldı backend

Misirdə Rusiya təyyarəsinin qəzaya uğradığı ərazidə Ukrayna və Belarus vətəndaşları daxil olmaqla 111 nəfərin pasportu tapılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya FHN-in Yanğınsöndürmə-Xilasetmə Departamentinin rəisi Aleksandr Aqafonov bildirib.


“Bu vaxtadək 15 kv km. ərazidə axtarış aparılıb. Sərnişinlərin şəxsi əşyaları helikopterlərlə Qahirəyə aparılıb, oradan isə Peterburqa göndəriləcək. Əşyalar arasında, ümumilikdə, Ukrayna və Belarus vətəndaşları daxil olmaqla 111 nəfərin pasportu tapılıb”, deyə Aleksandr Aqafonov bildirib.
Diaspora