ABŞ qüvvələri husilərə məxsus silah anbarlarına zərbələr endirib

ABŞ qüvvələri husilərə məxsus silah anbarlarına zərbələr endirib backend

Amerika hərbi qüvvələri Yəmənə növbəti zərbələr endirib.

Bu barədə ABC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hədəf “Ənsar Allah” hərəkatından olan husilərin silah anbarları olub.

“ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəstəklədiyi husilərin çoxsaylı silah anbarlarına hava zərbələri endirib”, – Pentaqonun nümayəndəsi telekanala bildirib.

O həmçinin vurğulayıb ki, zərbələr husilərin nəzarətində olan Yəmən ərazilərinə endirilib.

Diaspora