KXDR Koreya Respublikası ilə əlaqəni tamamilə kəsib - FOTO

KXDR Koreya Respublikası ilə əlaqəni tamamilə kəsib - FOTO backend

KXDR Koreya yarımadasının şərq və qərbində Cənubi Koreya ilə ərazi ayrılması siyasəti çərçivəsində avtomobil və dəmir yolu əlaqəsini tamamilə kəsib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Agentliyin məlumatına görə, Koreya Xalq Ordusunun Baş Qərargahı “KXDR-in dövlət hakimiyyəti altında olan ərazi hüdudlarının Koreya Respublikasının ərazisindən tam ayrılması” kursu çərçivəsində “cənub sərhədinin şərq və qərb rayonlarında KXDR ərazisində Cənubi Koreyaya gedən avtomobil və dəmir yollarının tam fiziki kəsilməsi” üzrə tədbirlər görüb.

Xatırladaq ki, Koreya Xalq Ordusunun Baş Qərargahı oktyabrın 9-da Koreya Respublikası ilə avtomobil və dəmir yollarını bağlayacağını və “cənub sərhədini qalaya çevirəcəyini” açıqlamışdı.

Report.az

Diaspora