İsveçrə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı son - 14-cü sanksiyalar paketini tam qəbul etməmək qərarına gəlib, çünki konfederasiyada qüvvədə olan qanunvericilik artıq ölkədə yerləşən törəmə şirkətləri mühakimə etməyə imkan verir.
Qaziler.az xəbər verir ki, bu barədə oktyabrın 16-da İsveçrə Federal Şurasının rəsmi bəyanatında deyilir.
“Mövcud sanksiya qanunvericiliyinə əsasən, İsveçrə artıq törəmə şirkətlər vasitəsilə sanksiyalardan yayındıqlarına görə şirkətləri təqib etmək imkanına malikdir və bunu fəal şəkildə həyata keçirir”, – “Bloomberg” hökumətin verdiyi açıqlamaya istinadla bildirib.
QAZİLER.AZ