Brüsseldə keçirilən sammitdən sonra Avropa İttifaqı və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) Qəzza zolağı və Livanda gərginliyin azaldılmasına, eləcə də İranla dialoqa çağırıb.
Qaziler.az bu barədə “interfax.ru”ya istinadla xəbər verir.
“Biz Yaxın Şərq regionunda artan gərginlikdən narahatıq və bütün tərəfləri təmkinli olmağa, daha da gərginliyin qarşısını almağa və mövcud dağıdıcı zorakılıq silsiləsinə son qoymaq üçün beynəlxalq diplomatik səylərə qoşulmağa çağırırıq”, - deyə birgə bəyanatda qeyd olunub.
Aİ və Körfəz ölkələri Qəzzada dərhal atəşkəsə, orada saxlanılan girovların azad edilməsinə və əhaliyə humanitar yardımın dərhal çatdırılmasına çağırır. Tərəflər həmçinin Livanda baş verən hadisələrdən narahat olduqlarını bildiriblər və orada dərhal atəşkəsə çağırıblar.
Onlar regionda deeskalasiyasnı azaltmaq üçün İranla diplomatik əlaqələrin vacibliyini qeyd ediblər və Tehranı gərginliyi azaltmağa səy göstərməyə çağırıblar.
QAZİLER.AZ