Suriya ordusu silahlı könüllülərin köməyi ilə Latakiya əyalətində terrorçuların 40 maşından ibarət karvanını məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusunun briqada generalı Əli Məyhub bildirib.
“Rehaniyə-Bədrun rayonundan Salma yaşayış məntəqəsi istiqamətində irəliləyən terrorçuların 40 maşından ibarət karvanı məhv edilib”, deyə general bildirib.Onun sözlərinə görə, ordu Qmam və Tel-Səryatel yaşayış məntəqələrini həmçinin ətraf yüksəklikləri nəzarətə alıb.