Fransa İsrail firmalarına yaxın günlərdə keçiriləcək dəniz sərgisində iştirakını qadağan edib.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” iki mənbəyə istinadən xəbər verir.
Bu ilin əvvəlində Paris artıq İsrail firmalarına hərbi sərgidə iştirakını qadağan etmişdi. Müdafiə Nazirliyi o zaman bildirib ki, şirkətlərin iştirakı üçün şərtlər artıq uyğun deyil, çünki ölkə prezidenti Emmanuel Makron “İsraili Qəzzada əməliyyatları dayandırmağa çağırır”.
Agentlik bildirir ki, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, İsrail səfirliyi və noyabrın 4-dən 7-dək hər il qeyd edilən dəniz yarmarkasının təşklatçısı “Euronaval” məsələ ilə bağlı sualları cavablandırmayıb.
Fransanın bu qərarı İsrail qoşunlarının Livan ərazisinə daxil olması ilə əlaqədar qəbul edilib.
Parisin İsrail və Hizbullah arasında 21 günlük barışıq əldə etmək üçün Vaşinqtonla danışıqlarından sonra Netanyahu və Makron arasında gərginlik son günlər artıb.
QAZİLER.AZ