Texnologiya nəhəngi “Amazon” kiçik modullu nüvə reaktoru “X-energy” startapı üçün 500 milyon dollarlıq maliyyələşdirmə raunduna rəhbərlik edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.
"Bu texnologiya bizə 2040-cı ilə qədər xalis sıfır emissiya hədəfimizə çatmağa imkan verəcək", - “Amazon” Qlobal Məlumat Mərkəzlərinin vitse-prezidenti Kevin Miller deyib.
Raundda “Amazon” ilə yanaşı, maliyyəçi Ken Griffin, Ares və NGP investisiya fondları, həmçinin Miçiqan Universiteti iştirak edib. Alınan payın məbləği açıqlanmayıb, lakin “Amazon” “X-energy”nin direktorlar şurasında iki yer tutacaq.
Tərəfdaşlıq 2039-cu ilə qədər 5 GB-dan çox “X-energy” kiçik modullu nüvə reaktorunun quraşdırılmasını nəzərdə tutur ki, bu da 4 milyon evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. “Amazon” artıq Vaşinqton və Virciniyadakı tikinti və quraşdırma layihələrini dəstəkləyir.
QAZİLER.AZ