Dağıstanın Dərbənd şəhərində ruhani mərkəzin ərazisində Rusiyanın ən hündür minarəli məscidi tikiləcək.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” ölkə başçısının mətbuat xidmətinə istinadən xəbər verir. Qeyd olunur ki, məscidin minarələrinin hündürlüyü 88 metr olacaq.
“Genişmiqyaslı layihədə vahid park sahəsi ilə birləşən məscid, məbəd və sinaqoq binalarının kompleksi yerləşəcək. Məscidin minarələrinin hündürlüyü 88 metr olacaq ki, bu da binaya ölkənin ən hündür məscidi statusunu verəcək. Məscidin diametri 6 metrdən 22 metrə qədər olan 88 günbəzi var”, - məlumatda qeyd olunub.
Bildirilir ki, ruhani mərkəzin tikintisini Dağıstandan olan senator Süleyman Kərimov maliyyələşdirəcək. Kompleksin ümumi sahəsi təxminən 35 hektar olacaq, burada bir neçə muzey, kitabxana və konfrans otaqları da yerləşəcək.
QAZİLER.AZ