Ermənistanın xeyirxah, əliaçıq dostları Cənubi Qafqazda sülhün əldə olunmasına hər vəchlə maneə olmaq üçün təcavüzkar ölkəni silahla təchiz etməyə davam edir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Ermənistana “Pralay” tipli kvaziballistik raketlər satacaq.
Bundan öncədə Hindistan Ermənistana müxtəlif növ silahlar göndərdiyi hər kəsə məlumdur.
Hindistan və Cənubi Qafqazda hətta yeni reallıqda belə revanşist qüvvələrin mövcud olduğu Ermənistanı aktiv şəkildə silahlandıran ölkələr bununla regionda sabitliyin əldə edilməsində maraqlı olmadıqlarını göstərirlər. Cənubi Qafqaz coğrafi cəhətdən Hindistandan uzaqda yerləşsə də, bu region, həmçinin, Hindistandan keçən mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyindən, mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən bu ölkə regionda sabitlikdə maraqlı olmalıdır.
Ermənistan isə bu cür siyasəti ilə bir daha özünün qeyri-rasional niyyətini ifşa edir. Bu isə növbəti dəfə sübut edir ki, İrəvana sülh lazım deyil.