ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Growler təlim uçuşu zamanı Reynir dağının yaxınlığında qəzaya uğrayıb.
Qaziler.az Bu barədə oktyabrın 15-də "The Seattle Times" qəzeti yazıb.
Təyyarənin göyərtəsində insident nəticəsində itkin düşən iki pilotun şəxsiyyəti açıqlanmayıb;
Ekipaj üzvlərini tapmaq və qəza yerini araşdırmaq üçün bir qrup MH-60S helikopteri ilə Reynirə göndərilib. Hərbi Dəniz Qüvvələrinin təyyarəsinin axtarış sahəsi şimaldan cənuba 60 km-dən çox məsafəni əhatə edir.
Hadisənin səbəbləri aydınlaşdırılır.
Təyyarənin 130-cu Elektron Müharibə Eskadronuna aid olduğu bilinir və 2004-cü ildə Boeing tərəfindən istehsal edilib. Onun dəyəri təxminən 67 milyon dollardır.
QAZİLER.AZ