Peskov Qərbin Kiyevə yardım göstərməyin lazımsızlığını dərk edəcəyinə ümid etdiyini bildirib

Peskov Qərbin Kiyevə yardım göstərməyin lazımsızlığını dərk edəcəyinə ümid etdiyini bildirib backend

"Rusiya ümid edir ki, Qərb Ukraynaya yardım göstərməyin lazımsızlığını dərk edəcək".

Qaziler.az bildirir ki, bu barədə çərşənbə günü, oktyabrın 16-da Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Bir gün əvvəl, oktyabrın 15-də Fransanın müdafiə naziri Sebastyan Lekornu bəyan etmişdi ki, büdcə kəsiri səbəbindən ölkə Kiyevə vəd etdiyi 3 milyard avro yardımı verə bilməyəcək.

Peskov bu məlumatı şərh edərkən qeyd edib ki, hazırda bəzi Qərb ölkələri öz hərbi-sənaye kompleksinin (MİK) imkanlarını Ukraynanın ehtiyacları üçün səfərbər etməkdə müəyyən çətinliklərlə üzləşirlər.

QAZİLER.AZ

Diaspora