Bu ilin iyulunda Fransada saxlanılan Rusiya vətəndaşı Kirill Qryaznovu 30 ilə qədər həbs cəzası gözləyir.
Qaziler.az bildirir ki, bu barədə Paris prokurorluğundan RİA Novosti-yə bildiriblər.
Həmin şəxs iğtişaşlar təşkil etmək üçün xarici dövlətlə əməkdaşlıqda ittiham olunur.
Fransa Daxili İşlər Nazirliyinin tələbi ilə Qryaznovun evində axtarış aparılıb. Rusların Parisdəki Olimpiya Oyunlarında sabitliyi poza biləcək insidentlər təşkil etmək niyyətində olduğunu göstərən elementlər aşkar edilib.
Artıq ona qarşı ittiham irəli sürülüb. Məhkəmə prosesinin aparılması tarixi hələ təyin edilməyib.
QAZİLER.AZ