Dhaulagiri dağında həlak olan 5 rusiyalı alpinistin cəsədi təxliyə edilib. Bu barədə oktyabrın 16-da Rusiyanın Nepaldakı səfirliyi məlumat yayıb.
Qaziler.az bildirir ki, bu barədə TASS xəbər verir.
"Səfirliyin daha əvvəl bildirdiyi kimi, plana uyğun olaraq, bu il oktyabrın 16-da səhər saatlarında Dhaulagiri dağ silsiləsinin zirvəsinə qalxarkən həlak olan beş rusiyalı alpinist təxliyə edilib", - diplomatik nümayəndəlikdən TASS-a bildiriblər.
Bundan əvvəl xilasedicilər Nepal dağının zirvəsində rusiyalıların cəsədlərinə çatmaq üçün bir neçə dəfə cəhd ediblər.
Oktyabrın 10-da ölənləri daşımaq üçün göndərilən helikopter çətin hava şəraiti səbəbindən hadisə yerinə yaxınlaşa bilməyib.
QAZİLER.AZ