Polşa Rusiya və Belarusla sərhəddə istehkam sistemi, istehkam maneələri, bazalar və logistika mərkəzlərinin tikintisinə başlayıb. “Qalxan Şərq” layihəsinin həyata keçirilməsi 2025-2028-ci illər üçün nəzərdə tutulsa da, o, daha əvvəl gerçəkləşib.
Qaziler.az bildirir ki, müvafiq açıqlamanı 2024-cü il oktyabrın 14-də Polşa hökumətinin başçısı Donald Tusk verib.
""Qalxan Şərq" layihəsi başlayır" deyən baş nazir, Rusiya Federasiyası ilə sərhəd yaxınlığında, Varmisko-Masuriya voyevodalığında yerləşən Ojiş hərbi poliqonuna səfəri zamanı deyib.
“Qalxan Şərq” Polşa və Baltikyanı ölkələr arasında birgə təşəbbüsdür. Layihəyə ABŞ, Böyük Britaniya və Finlandiya da qoşulur.
Tusk qeyd edib ki, infrastrukturun çox hissəsi mülki xarakter daşıyacaq, baxmayaraq ki, ümumilikdə layihə “düşməni qorxutmaq” məqsədi daşıyır.
Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib ki, 2024-2028-ci illər ərzində Rusiya Federasiyası və Belarusla sərhəddə müdafiə infrastrukturunun yaradılmasına azı 10 milyard zloti (2,5 milyard dollardan çox) vəsait ayrılacaq. “Bu, Baltikyanı ölkələrin və ya regionumuzun hər hansı digər ölkəsinin qoyduğu sərmayədən xeyli çoxdur”, - o, vurğulayıb.
Kosiniak-Kamış Polşanın şərq sərhədində ilk istehkamların və hərbi anbarların görünəcəyini bildirib.
QAZİLER.AZ