Qəzəblənən buğa "dünyanın ən pis matadorunu" ağır yaraladı - VİDEO

Qəzəblənən buğa "dünyanın ən pis matadorunu" ağır yaraladı - VİDEO backend

İspaniyada öküz buynuzu ilə Perudan olan matadoru yaralayıb.

İspaniyanın paytaxtı Madriddə öküz döyüşü zamanı dramatik hadisə baş verib: Korrida zamanı öküz buynuzu ilə qaldırdığı matadoru ağır yaralayıb. 

Qaziler.az bildirir ki, bu barədə TikiTakas yazır.

Perudan olan 27 yaşlı matador Address Rok Rey ağır yaralanıb. Ona “dünyanın ən pis matadoru” ləqəbi verilib. Hadisə onun debüt çıxışı zamanı min kiloqramdan çox çəkisi olan öküz onu buynuzları üzərində qaldırarkən baş verib.

Reyin uğursuzluğu videoya çəkilib. Videoda çəkisi min kiloqramdan çox olan öküzün buynuzu ilə onu necə qarmaqlayıb havaya atdığı görünür. Matador qumun üstünə düşən kimi öküz ikinci hücuma keçib və Reyin kostyumunu belindən aşağı yarıb.

Matador həmkarlarının köməyi ilə xilas ola bilib. 

Ağır yaralan Rey təcili əməliyyata alınıb.

QAZİLER,AZ

Diaspora