Azərbaycanın “Nobel Oil” neft şirkəti gələn ay Rumıniyada ilk yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verəcək.
AZƏRTAC “energyworldmag.com”a istinadla xəbər verir ki, YDM Rumıniyanın şərqindəki Yassı şəhərində yerləşəcək. Şirkət qarşıdakı 5 ildə Rumıniyada 80-90-dək YDM və xidmət stansiyası açmağı planlaşdırır.