Qırğızıstan parlamenti-Joqorku Keneşdə koalisiya çoxluğu formalaşdırılıb və bununla əlaqədar saziş imzalanıb.
Bu barədə noyabrın 2-də Bişkekdə keçirilən mətbuat konfransında Qırğızıstan Sosial-Demokrat Partiyasının parlamentdəki koalisiya çoxluğunun lideri Çınıbay Tursunbekov məlumat verib. Onun sözlərinə görə, parlamentdə fraksiya nümayəndələri ilə koalisiya hökumətinin qurulması istiqamətində uzun müddət danışıqlar aparılıb, nəhayət, dörd partiyadan ibarət koalisiya hökumətinin yaradılması qərara alınıb. Koalisiyaya Sosial-Demokrat, Onuquu–Proqrss, Qırğızıstan və Ata Məkan partiyaları daxildir.Ç.Tursunbekov deyib ki, parlamentdəki koalisiya çoxluğu hazırkı Baş nazir Temir Sarıyevi hökumətin başçısı təklif edir. Parlament yeddi iş günü ərzində hökumətin proqramına və yeni tərkibinin formalaşdırılmasına baxacaq.