Cənubi Koreya hakimiyyəti Rusiya Xarici İşlər Nazirliyinin Pxenyan səmasında pilotsuz təyyarələrin hava məkanına daxil olması ilə bağlı insidentdə KXDR-ə dəstək verməsindən təəssüflənir.
Qaziler.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Rusiya Xarici İşlər Nazirliyinin Şimali Koreyanın birtərəfli bəyanatlarını dəstəkləməsi və suverenliyin pozulması və daxili işlərə qarışması barədə danışıqlara dərin məyusluğumuzu bildiririk”, - deyə agentlik Cənubi Koreyalı diplomatdan sitat gətirib.
Onun sözlərinə görə, hazırkı gərginliyin bütün məsuliyyəti KXDR-in üzərinə düşür.
Şimali Koreya Xarici İşlər Nazirliyi Cənubi Koreyaya məxsus pilotsuz təyyarələrin oktyabr ayında siyasi vərəqələr yaymaq üçün ölkənin hava məkanını pozduğunu bildirib. Pxenyan Cənubi Koreyaya məxsus pilotsuz təyyarənin yenidən peyda olacağı təqdirdə Seulu müharibə ilə hədələyib.
Rusiya Xarici İşlər Nazirliyi isə Şimali Koreyaya pilotsuz təyyarələrin hücumunu daxili işlərə müdaxilə adlandırıb.
QAZİLER.AZ