Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Aİ dövlət başçılarını “daha güclü mesaj” vermək üçün ruslara vizaların verilməsində yeni ümumi yanaşma hazırlamağa çağırıb.
Qaziler.az xəbər verir ki, “RİA Novosti” bu barədə Leyenin siyasi ittifaq ölkələrinin liderlərinə yazdığı məktubuna istinadən məlumat verir.
"Rusiyadan gələn səyahətçilərin yarada biləcəyi təhlükəsizlik risklərini nəzərə alaraq, biz üzv dövlətlərlə vizalara daha uyğunlaşdırılmış yanaşma hazırlamaq və ilin sonuna qədər daha çox aydınlığa nail olmaq üçün işləyirik", - Fon der Leyen deyib.
O qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya vətəndaşlarına vizadan imtina faizi artıb. Lakin xanım siyasətçi vurğulayıb ki, Avropa İttifaqının Ukraynadakı münaqişənin nəticələri ilə bağlı ruslara “daha güclü siqnal” göndərmək imkanı var.
QAZİLER.AZ