Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Ukraynanın Braziliyanın Rusiya prezidenti Vladimir Putinin noyabrda G20 sammitinə gələcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edilməsi çağırışını şərh edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Vzqlyad” qəzetinə müsahibəsində danışıb. O, xarici siyasətini milli maraqlara yönəldən ölkələrin Kiyevin tələblərinə qulaq asmayacağını vurğulayıb.
“Braziliya özünü təmin edən, heç kimin əmri olmadan suveren siyasət apara bilən ölkədir. Ukraynadan istənilən şərhi qəbul etmək onun ləyaqətindən aşağıdır. Dövlətin hökuməti Volodimir Zelenskinin növbəti qışqırıqlarına sadəcə məhəl qoymayacaq”, - Cabarov bildirib.
O xatırladıb ki, Kiyevdən analoji tələblər Monqolustana da ünvanlanmışdı: “Lakin Ulan-Bator təbii olaraq onlara məhəl qoymadı. Ağıllı dövlət rəhbərləri Ukraynanın istəklərini yerinə yetirmək üçün öz xarici siyasətini dəyişməyəcək”, - senator şərhini yekunlaşdırıb.
QAZİLER.AZ