“Əl-Qaidə” bütün terror təşkilatlarını Qərb və Rusiyaya qarşı birləşməyə çağırıb. ATV.az tvzvezda.ru-ya istinadən bildirir ki, “Əl-Qaidə” bütün terror təşkilatlarını Qərb, Rusiya, Suriya və İrana qarşı mübarizədə birləşməyə çağrıb
“Əl-Qaidə” terror təşkilatının rəhbəri Ayman əl-Zabaxirinin sözlərinə görə amerikalılar, ruslar, iranlılar, ələvilər və “Hizbullah” mübarizədə birləşiblər. Bütün terror təşkilatlarına çağırış edən Zabaxiri öz aralarında mübahisələrə son qoyaraq birləşməyə çağırıb. Ekspertlərin rəyinə görə "Əl-Qaidə" terror təşkilatının rəhbərinin video çağırışı Rusiyanın Suriyaya müdaxiləsindən sonra çəkilib və “Əl-Qaidə” ilə “İŞİD” birləşərsə, Yaxın Şərqdə vəziyyət daha da ağırlaşacağı təxmin edilir.