Livan BMT qüvvələrinə hücuma görə İsraili hesaba çəkməyə çağırıb

Livan BMT qüvvələrinə hücuma görə İsraili hesaba çəkməyə çağırıb backend

Livanın Xarici İşlər Nazirliyinin göstərişi ilə ölkənin BMT-dəki daimi nümayəndəliyi İsrail hərbçilərinin Livan-İsrail sərhədində yerləşən sülhməramlıların mövqelərinə dəfələrlə hücumları ilə əlaqədar təşkilatın Təhlükəsizlik Şurasına İsrailə qarşı şikayət edib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat diplomatik xidmətin "X" sosial şəbəkədəki səhifəsində paylaşılıb.

Nazirlik qeyd edib ki, BMT-nin müvəqqəti qüvvələri öz mandatını yerinə yetirməli və Təl-Əvivin maneə törətdiyi sülhməramlı missiyanı davam etdirməlidir.

Mətndə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası güclü mövqe nümayiş etdirməli və təkcə İsrailin müharibə cinayətlərinə bərabər olan bu hücumlarını pisləməməli, həm də İsraili bu pozuntulara görə məsuliyyətə cəlb etməlidir.

QAZİLER.AZ

Diaspora