İranın polis məmurları əntiq əşyaların ticarətində iştirak edən qaçaqmalçıları nəzarətə götürüblər. Nəticədə, qədim əşyalar ələ keçirilib. Bunların arasında iki min ildən çox yaşı olan qızıl maskalar olub.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin “Arkeonews” portalı məlumat verib.
Mütəxəssislər, maskaların müasir qərbi İran ərazisində mövcud olan qədim elamik sivilizasiyaya aid olduğunu, təxminən 3000 ilə bizim eradan 500 il əvvələ qədər olan qədim dövrü əhatə etdiyini vurğulayıb. Maskalarda dini simvollarla insan üzünün görüntüsü təsvir edilib. Maskalar cənazə mərasimlərində sonrakı həyatın bir simvolu olaraq istifadə edilirmiş.
İranın polis rəisinin sözlərinə görə, qızıl maskalardan birinin təxminən 50 min ABŞ dollarına satılması düşünülüb.
QAZİLER.AZ