Zelenski Şimali Koreyanı Rusiyaya kömək etməkdə ittiham edib

Zelenski Şimali Koreyanı Rusiyaya kömək etməkdə ittiham edib backend

"Şimali Koreya əslində Ukrayna və Rusiya arasında münaqişənin iştirakçısıdır".

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “telegram” kanalında paylaşım edib. Onun sözlərinə görə, Şimali Koreya Rusiyaya silah və adamlar ötürür. Rusiya Müdafiə Nazirliyi isə bu bəyanatı şərh etməyib.

“Biz Rusiya ilə Şimali Koreya kimi rejimlər arasında artan ittifaqı görürük. Bu, artıq təkcə silahların ötürülməsi məsələsi deyil. Əslində söhbət Şimali Koreyadan insanların köçürülməsindən gedir”, - Zelenski bildirib.

Bu iddialarla bağlı Ukrayna lideri avropalı müttəfiqlərini Rusiya Federasiyasına təzyiqləri artırmağa çağırıb. Bundan əlavə, o, Aİ və ABŞ-ni Kiyevə daha çox dəstək verməyə çağırıb. Zelenski həmçinin vurğulayıb ki, “əsl sülhə” ancaq güc tətbiq etməklə nail olmaq olar.

QAZİLER.AZ

Diaspora