İsrail hərbçiləri Livanın cənubunda silah, minaatan və motosikletlərdən ibarət yeraltı sığınacaq aşkar ediblər.
Qaziler.az bildirir ki, bu barədə TASS SAXAL-ın mətbuat xidmətinə istinadən xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin nümayəndələri bunkerin uzunluğunun 800 metr olduğunu vurğulayıblar. Burada şiə Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının qərargahı yerləşib.
İsrail ordusu Hizbullahın ölkəni işğal etmək üçün silah bunkerindən istifadə etməyi planlaşdırdığına inanır. SAXAL-ın məlumatına görə, hərəkat Livanın cənubundakı mülki ərazidə qəsdən komanda mərkəzi yerləşdirib.
İsrail ordusunun sözçüsü Daniel Haqari silahlı radikalların bir neçə gün əvvəl bunkerdə olduğunu söyləyıb. Onun iddiasına görə, yaraqlılar qırğın törətməyi planlaşdırıblar.
QAZİLER.AZ