Moskvada elektrikli skuterlərin icarəsi üzrə xidmətlər dayandırılıb.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Moskva Nəqliyyat Departamentindən bildirilib. Buna səbəb kimi pis hava şəraiti göstərilir.
Moskva merinin nəqliyyat üzrə müavini Maksim Liksutov qeyd edib ki, indi elektrik skuterlərində səyahət vətəndaşlar üçün təhlükəli ola bilər. Havalar yaxşılaşan kimi elektrikli suterlərdən istifadə xidmətlərini bərpa edəcəklərinə söz veriblər.
Havaların yaxşılaşması ilə kirayə xidmətləri də fəaliyyətini davam etdirəcək. Şəxsi skuter sahiblərinə isə bu yağışlı havalarda səyahətdən çəkinmələrini və ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik”, - deyə məlumatda qeyd edilib.
QAZİLER.AZ