Almaniyanın iqtisadiyyatı Rusiyaya görə zəifləyib - “Bloomberg”

Almaniyanın iqtisadiyyatı Rusiyaya görə zəifləyib - “Bloomberg” backend

Almaniyanın ÜDM-i (Ümumi Daxili Məhsulu) 2024-cü ilin üçüncü rübündə 0,1% azalacaq.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” analitiklərə istinadən yazır.

Ekspertlərin fikrincə, bu, ikinci rübdə eyni miqyasda gözlənilməz enişdən sonra olacaq. Bir ay əvvəl analitiklər iyuldan sentyabr ayına qədər olan dövrdə durğunluq proqnozlaşdırmışdılar.

Ekspertlər belə qənaətə gəliblər ki, Almaniya iqtisadiyyatının zəifliyi Rusiyadan enerji təchizatının dayandırılması ilə bağlıdır. Buna Çindən ixraca tələbatın azalması, avtomobil sənayesindəki problemlər və ixtisaslı kadr çatışmazlığı da təsir edib.

QAZİLER.AZ

Diaspora