ABŞ prezidenti Co Bayden bu həftənin sonuna qədər Almaniyaya səfər edəcək. Berlin Amerika prezidentinin səfərini təsdiqləyib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Almaniya hökumətinin spikeri Volfqanq Büxnerə istinadən N-TV-yə istinadən məlumat yayıb.
Spikerin sözlərinə görə, Bayden həftənin sonunda Almaniyaya gəlməyi planlaşdırır. Almaniya hökuməti detallar üzərində ABŞ hökuməti ilə sıx əməkdaşlıq edir.
Büxner ABŞ prezidentinin səfərinin təfərrüatlarını hələlik təqdim edə bilməyib.
Onu da əlavə edək ki, bu, Co Baydenin ABŞ prezidenti kimi Almaniyaya sonuncu səfəridir. ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək.
QAZİLER.AZ