Tennessi ştatının sabiq senatoru və Amerika aktyoru Fred Tompson yetmiş dörd yaşında vəfat edib. O, son on ildə xərçəng xəstəliyindən əziyyət çəkib. F.Tompson aktyor kimi daha çox 1990-cı ildə çəkilən “Məğlubedilməz-2” filmindəki aeroport direktoru rolu ilə tanınıb. O, 2000-ci illərdə “Qanun və qayda” adlı Amerika teleserialında çəkilib.
F.Tompson 1994-cü ildə - Prezident Bill Klintonun vaxtında vitse-prezident olan Al Qorun əvəzinə Tennessi ştatından senator seçilib. O, sonra təkrarən seçilib və bu vəzifədə 2002-ci ilədək çalışıb. F.Tompson 2007-ci ildə prezident seçkilərində Respublikaçılar Partiyasının namizədlərindən biri olub. O, 2008-ci ilin əvvəlində namizədliyini geri götürdüyünü elan edib.