Öz təhlükəsizlikləri üçün BMT sülhməramlı qüvvələri Livanın cənubundakı döyüş bölgəsindən çıxmalıdır.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Mən birbaşa BMT baş katibinə müraciət etmək istəyirəm: BMT-nin Livandakı sülhməramlılarını Hizbullah qalalarından və döyüş bölgələrindən çıxarmağın vaxtı çatıb. Sülhməramlı qüvvələri təhlükədən uzaqlaşdırın. Bunu dərhal etmək lazımdır”, - Netanyahu bildirib.
Qeyd edək ki, bundan öncə İsrailin sülhməramlıların çıxarılması tələbini BMT rədd etmişdi. ÇAXAL isə sülhməramlıların mövqeyini atəşə tutmuş, nəticədə iki sülhməramlı yaralanmışdı.