Livandan mərkəzi İsraili hədəf alan iki pilotsuz uçuş aparatı (PUA) buraxılıb.
Qaziler.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, pilotsuz təyyarələrdən biri ələ keçirilib. Təl-Əviv ətrafında bir binaya isə ziyan dəyib.
Oktyabrın 11-də İsrailin şimal bölgələri Livandan güclü raket atəşinə məruz qalıb, bir saata yaxın müddət ərzində 100-ə yaxın raket atılıb.
QAZİLER.AZ