Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın “yeni regionları” ifadəsinin “tarixi” ilə əvəzlənməsi təklifini dəstəkləyib.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmisi özünün “Telegram” kanalında paylaşım edib.
“Tam olaraq”, - Zaxarova qısa cavab verib.
Təşəbbüsü Krımın rəhbəri Sergey Aksenov irəli sürüb.
Daha əvvəl Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov LDPR-dən, eləcə də Zaporojye və Xerson vilayətlərindən söhbət gedəndə Rusiyada “yeni regionlar” terminindən imtina etmək ideyası ilə razılaşıb. Onun sözlərinə görə, bu kontekstdə təhqiredici səslənir.
QAZİLER.AZ