ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib backend

Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi İran iqtisadiyyatının neft və neft-kimya sektorlarında çalışan bütün şəxslərə qarşı sanksiya tətbiq edən fərman imzalayıb.

Qaziler.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

“Bu sektorlarda fəaliyyət göstərən istənilən şəxs sanksiyalara məruz qalmalıdır”, - sənəddə qeyd edilib.

Oktyabrın 11-də məlum olub ki, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri oktyabrın 14-də keçiriləcək iclasda ballistik raketlərin Rusiyaya ötürülməsi iddiası ilə əlaqədar İrana qarşı sanksiyaları təsdiq edəcəklər.

Rəsmi Tehran Moskvaya raket ötürülməsini inkar edir.

QAZİLER.AZ

Diaspora