Yaponiya AES reaktorunu dəliyə görə bağlayacaq

Yaponiya AES reaktorunu dəliyə görə bağlayacaq backend

Yaponiyanın “Kansai Electric Power” şirkəti Fukui prefekturasındakı Mihama atom elektrik stansiyasının üçüncü reaktorunu bağlayacaq.

Qaziler.az “İnterfaks”a istinadla xəbər verir ki, bağlanmaya səbəb boru kəmərində yaranan dəlik olub.

Şirkət nümayəndələrinin sözlərinə görə, nüvə reaktorunun soyutma sistemindən suyun dənizə axıdıldığı boruda kiçik dəlik qeydə alınıb. “Kansai Electric” ətraf mühitə heç bir radioaktiv təsirin qeydə alınmadığını vurğulayıb.

İşlərin nə vaxt dayandırılacağının dəqiq vaxtı açıqlanmayıb.

QAZİLER.AZ

Diaspora