ABŞ prezidentliyinə namizəd Donald Trampın qərargahı Amerika hakimiyyət orqanlarına seçki kampaniyasının təhlükəsizliyini təmin etmək üçün hərbi təyyarə və nəqliyyatla təmin edilmək xahişi ilə müraciət edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, qərargah bunu Trampın həyatına sui-qəsd planlaşdırdığı iddia edilən İrandan gələn hədə ilə əsaslandırıb.
Keçmiş prezidentin komandasının tələbləri arasında seçki kampaniyasının son həftələrində Trampı uçurmaq üçün hərbi təyyarələr, həmçinin onun iqamətgahları və mitinqləri üzərində məhdudlaşdırılmış uçuş zonasının genişləndirilməsi də var. Komanda həmçinin Respublikaçıların iştirak etdiyi tədbirlərdə istifadə üçün gülləkeçirməz şüşə hazırlayıb. Bundan əlavə, prezidentliyə namizədin daşınması üçün çoxlu sayda hərbi maşın tələb olunub.
QAZİLER.AZ