İsrailin şimal bölgələri Livan tərəfindən güclü raket atəşinə məruz qalıb, bir saata yaxın müddətdə 100-ə yaxın raket atılıb.
Qaziler.az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
Söhbət İsrailin şimalında Livanla həmsərhəd olan Yuxarı və Qərbi Qaliley bölgəsindən gedir.
İsrail ordusunun məlumatına görə, raket hücumlarının bir qismi ələ keçirilib.
Oktyabrın 11-nə keçən gecə İsrail Müdafiə Qüvvələri məlumat verib ki, gün ərzində Livan ərazisindən 360-a yaxın mərmi atılıb.
QAZİLER.AZ