Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Layen və Avropa Xalq Partiyasının lideri Manfred Veber Macarıstan hökumətini devirmək istəyirlər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Macarıstan Nazirlər Kabinetinin rəhbəri Viktor Orban “Kossuth” radiosunun efirində deyib.
"Avropa Komissiyasının prezidenti Ursula fon der Layen və Avropa Xalq Partiyasının lideri Manfred Veber suveren Macarıstan hökumətini devirməyə çalışırlar", - Orban deyib.
Orbanın sözlərinə görə, hazırkı Macarıstan hökumətinin “Brüssel tipli” administrasiya ilə əvəzlənməsi gözlənilir.
QAZİLER.AZ