Everestdə 100 il əvvəl yoxa çıxan alpinistin qalıqları tapılıb

Everestdə 100 il əvvəl yoxa çıxan alpinistin qalıqları tapılıb backend

“National Geographic”in çəkiliş qrupu Everest dağının yamaclarında 1924-cü ildə ortağı Corc Mallori ilə birlikdə yoxa çıxan alpinist Endryu İrvinin qalıqlarını tapıb.

Qaziler.az xəbər verir ki, bu barədə nəşrin saytında məlumat yayılıb.

Alpinistlər yüksək dağı fəth etməyə çalışsalar da, heç bir iz qoymadan yoxa çıxıblar.

İndi, 100 ildən çox vaxt keçdikdən sonra, tədqiqatçılar içərisində ayaq parçası olan çəkmə, eləcə də İrvinin baş hərfləri olan corab aşkar ediblər. Artıq alpinistin övladları ilə əlaqə saxlanılıb, DNT testinin keçirilməsi planlaşdırılır.

Qeyd edilib ki, onları sonuncu dəfə 1924-cü il iyunun 8-də sağ görüblər. Mallorinin qalıqları 1999-cu ildə tapılıb, lakin İrvindən əsər-əlamət olmayıb. Britaniyalıların zirvəyə çatıb-çatmaması sualı “bütün zamanların ən böyük sirri” olaraq qalıb.

QAZİLER.AZ

Diaspora