Cənubi Afrikada baş verən yol qəzasında avtomobildə olan 8 nəfər ölüb

Cənubi Afrikada baş verən yol qəzasında avtomobildə olan 8 nəfər ölüb backend

Cənubi Afrika Respublikasının KvaZulu-Natal əyalətində baş verən yol qəzasında ilkin məlumata görə, 8 nəfər həyatını itirib.

Qaziler.az bildirir ki, SABC dövlət televiziyasının xəbərinə görə, əyalətin şimalındakı Mandeni bölgəsi yaxınlığında N2 şosesində minik avtomobili ilə yük maşını toqquşub.

Qəzada avtomobildə olan 8 nəfər həlak olub. Ağır xəsarət alan yük maşını sürücüsü xəstəxanaya aparılıb.

Qəzadan sonra N2 avtomobil yolunun bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.

QAZİLER.AZ

Diaspora