"Nobel" Sülh mükafatının laureatı məlum olub

"Nobel" Sülh mükafatının laureatı məlum olub backend

“Nobel” Sülh mükafatının laureatı məlum olub.

Apa “Nobelprize.org”a istinadən xəbər verir ki, Norveç Nobel Komitəsi 2024-cü il Nobel Sülh mükafatının Yaponiyanın Nihon Hidankyo təşkilatına verilməsi barədə qərar qəbul edib.

Xirosima və Naqasakiyə atom bombası atılmasından sağ çıxanların yaratdığı bu hərəkat Hibakuşa adı ilə də məşhurdur.

Hərəkat Sülh üzrə Nobel mükafatına nüvə silahından azad, sülh içində bir dünyanın yaradılması sahəsində göstərdiyi, o cümlədən nüvə silahından bir daha heç vaxt istifadə edilməməsinin vacibliyini şahid ifadələri ilə nümayiş etdirdiyinə görə layiq görülüb.

Diaspora