İsrail ordusu "İslami Cihad"ın komandirinin məhv edildiyini açıqlayıb

İsrail ordusu "İslami Cihad"ın komandirinin məhv edildiyini açıqlayıb backend

Fələstinin “İslam Cihadı” (Rusiya Federasiyasında terrorçu kimi tanınan və qadağan olunmuş təşkilat) qruplaşmasının lideri Məhəmməd Abdullah İordan çayının qərb sahilindəki Tulkərm bölgəsində məhv edilib.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 11-də İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

“IDF və İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) birgə antiterror əməliyyatları zamanı dünən (10 oktyabr, cümə axşamı. - Red.) İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Tulkərm bölgəsinə zərbə endirib və Nur-şəmsdəki "İslami Cihad" terror şəbəkəsinin rəhbəri Məhəmməd Abdullahı məhv edib”, – ordunun Telegram kanalında deyilir.

Liderlə yanaşı daha bir terrorçunun da məhv edildiyi qeyd edilir. 

Gazeta.Ru əlavə edir ki, İDF-nin məlumatına görə, Abdullah Tulkərmdəki təşkilatın rəhbəri olan Məhəmməd Cabberin (Əbu Şucaa) varisi olub.

QAZİLER.AZ

Diaspora