Livanın Səhiyyə Nazirliyi İsrailin Beyruta hücumu nəticəsində 11 nəfərin öldüyünü, 48 nəfərin yaralandığını açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Beyrutun mərkəzində baş verən iki partlayışdan sonra ərazidən tüstü qalxmağa başlayıb.
Hücumdan sonra əraziyə çoxlu təcili yardım və yanğınsöndürmə briqadası yönəldilib.
Bölgədəki şahidlərin sözlərinə görə, hücumda hədəf alınan bina dağıdılıb, ətrafdakı evlərə və maşınlara da ziyan dəyib.
Digər tərəfdən, İsrailin "Kanal 12" televiziyasına edilən hücumun hədəfinin İsrailin hava hücumunda həlak olan Hizbullah baş katibi Həsən Nəsrullahın qaynı və Hizbullahın yüksək səviyyəli simalarından olan Vafik Səfa olduğu iddia edilib. .
Hücum və hədəfin Səfa olduğu iddiası ilə bağlı İsrail səlahiyyətliləri hələlik açıqlama verməyib.
QAZİLER.AZ