ABŞ-da "Milton" qasırğası azı 4 nəfərin həyatına son qoyub

ABŞ-da "Milton" qasırğası azı 4 nəfərin həyatına son qoyub backend

Cümə axşamı gecəsi ABŞ-ın Florida ştatının qərb sahillərini vuran Milton qasırğası nəticəsində ən azı dörd nəfər həlak olub və bir neçə milyon evi işıqsız qalıb.

Bu barədə cümə axşamı "Washington Post" məlumat yayıb.

"Sent-Lüsi dairəsinin rəsmiləri bildiriblər ki, azı 4 nəfər həlak olub", məlumatda deyilir.

Florida quru hissəsini qərbdən şərqə doğru keçən "Milton" hələ də qasırğa gücünü saxlamaqdadır. Fəlakətin törətdiyi dağıntıları yaxın 24 saat ərzində qiymətləndirmək olacaq, lakin bəzi yerlərdə nəticələrin ciddi olduğu artıq bəllidir.

"Power Outage"in məlumatına görə, yerli vaxtla cümə axşamı səhər saatlarına olan məlumata görə, 3 milyondan çox ev işıqsız qalıb.

QAZİLER.AZ

Diaspora